Yoxa çıxmış təyyarədən ilk cəsəd parçası tapıldı

Misirin "EgyptAir" aviaşirkətinin yoxa çıxmış Airbus A320-200 sərnişin təyyarəsinin sərnişinlərindən birinin cəsədinin fraqmentləri tapılıb. Milli.Az Reuters-ə istinadən bildirir, bu barədə Yunanıstanın müdafiə naziri Panos Kammenos məlumat verib. Parisdən Qahirəyə uçan "EgyptAir" hava şirkətinə məxsus MS804 təyyarəsi Aralıq dənizi üzərində olarkən radarlardan itib. Onun göyərtəsində 56 sərnişin və 10 heyət üzvü olub. Onların taleyi barədə hələlik heç bir məlumat yoxdur. Təyyarə 11 min metr yüksəlikdə, Misirin hava sərhədlərində olanda radarlardan yoxa çıxıb. Yunanıstanın Mülki Aviasiya İdarəsinin rəhbəri Kostas Liserakisin dediyinə görə, təyyarənin baş pilotu göyərtədə hər hansı problem barədə dispetçerlərə məlumat verməyib. Təyyarənin Yunanıstanın Karpatos adasından 180 km cənubda, Egey dənizinin cənub-şərq hissəsində qəzaya uğrayaraq dənizə düşdüyü güman olunur. Qəzaya uğramış təyyarənin baş pilotu Məhəmməd Şokeyr idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00