Milyarder övladlarını mirasdan məhrum edir
20 May 2016 14:37 DünyaNüfuzlu milyarder malik olduğu sərvəti övladlarına vermək niyyətində deyil. Lenta.ru xəbər verir ki, rusiyalı milyarder, "Alfa-qrup"un rəhbəri Mixail Fridman 13,5 milyard dollar dəyərində olan sərvətini xeyriyyəçiliyə sərf edəcək. O, bu qədər pulu övladlarına verməyin "onlara pislik etmək" olduğunu deyib: "Mən sərvətimlə bağlı açıq vədlər verməyi xoşlamıram. Amma onu deyə bilərəm ki, mənim sərvətim xeyriyyəçiliyə sərf olunacaq. O qədər pulu uşaqlara vermək onlara edə biləcəyim ən böyük pislik olardı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00