Aktyor dava saldı: "Silahım hanı, hamısını vuracam"

Aktyor Erkan Can dostları ilə əyləncə məkanlarından birində dava salıb. Türkiyə mətbuatının məlumatına görə, gec saatlara qədər orada olan aktyor çıxışda əsəbi davranmağa başlayıb. Səndələyən aktyor ona kömək etməyə çalışan dostlarına yumruq atıb. Daha sonra jurnalistlərin üstünə hücum edən Erkan Can onları söyərək qovub. Hirsindən davranışlarını idarə edə bilməyən aktyor "Silahım hanı, hamısını vuracam" deyərək qışqırıb. Onun bu hərəkətindən sonra polis çağırılıb. Aktyor taksiyə mindirilərək uzaqlaşdırılıb.

Qeyd edək ki, E.Can son olaraq "Kara para aşk" və "Acı aşk" serialına çəkilib.







Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00