Fransadakı müsəlman məktəbləri bütövlükdə fransız cəmiyyətinə fayda verir - Emerson kollecinin aspiranturasının rəhbəri

Fransadakı müsəlman məktəbləri həm müsəlmanlara, həm də bütövlükdə fransız cəmiyyətinə fayda verir.

Olaylar.az xəbər verir ki, bunu ABŞ-də fəaliyyət göstərən Emerson kollecinin marketinq kommunikasiyaları kafedrasının aspiranturasının rəhbəri Kerol Ferrera "İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfransında etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, bu cür məktəblərdə müəllim heyəti İslami və milli dəyərlərin vəhdəti yolu ilə "müsəlman" və "fransız"lar arasında süni bölgünü aradan qaldırmağa çalışırlar.

"Bu yanaşma gənclərə Fransız cəmiyyətinə aid olduqlarını hiss etməyə kömək edir. Keçmiş şagirdlər belə bir mühitin onlara özlərinə inam verdiyini, universitetlərə uyğunlaşmalarına və çətin suallara cavab tapmalarına kömək etdiyini bildiriblər.

Bir qız məzun isə müsəlman məktəbində özünü azad hiss etdiyini deyib. Onun sözlərinə görə, universitetdə hər şey fərqli idi", - deyə Ferrera bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31