Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək
23 Aprel 2021 15:15 DinMilli Məclisin bu gün keçirilən plenar iclasında "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb."Olaylar" xəbər verir ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri hər 5 ildən bir attestasiya ediləcək. Layihəyə əsasən, İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir və hər 5 ildən bir attestasiya ediləcək. Attestasiya müvafiq icra hakimiyyəti orqanının (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31