Yeməyin əllə yeyilməsinin fəziləti-üç barmaqla nəyi, beş barmaqla nəyi yemək olar?

Təbərani, Kəb bin Əczənin belə rəvayət etdiyini yazır: "Mən Peyğəmbər(s)in üç barmağı ilə yemək yediyini görmüşəm. O, yeməyi baş, şəhadət və orta barmaqları ilə yedikdən sonra [dəsmalla silməzdən] əvvəl orta, sonra şəhadət, ən sonda isə baş barmağını yalayardı. Bəzi din alimləri Peyğəmbər(s)in əvvəl orta barmağını yalamasının səbəbini [bu barmağın] uzun olması və yeməyə daha çox bulaşması ilə izah edirlər. İbn Şihab özünün "Mürsəl" əsərində Səid bin Mənsurun Peyğəmbər(s)in beş barmağının beşi ilə də yemək yediyini söylədiyini yazır. Bu hədis [yuxarıdakı] hədislərlə ziddiyyət təşkil edir. Yəni Peyğəmbər(s) yeməyi bəzən beş barmağı ilə də yeyərdi, çünki bəzi yeməklərə üç barmaq kifayət etmədiyindən bir sıra hallarda o, barmaqlarının beşindən də istifadə edirdi. Misal üçün, bir qab dolu nar dənəsini ancaq beş barmaqla ləzzətlə yemək mümkündür, amma ət və meyvələr üç barmaqla yeyilə bilər.

Şərəfli hədisdə qeyd olunan [Peyğəmbər(s)in] barmaqlarını yalaması məsələsinə gəldikdə isə bəzi adamlar qürurundan bu sünnətə əməl etmirlər və təbii ki, onun faydasını da bilmirlər, halbuki yeməyə bulaşan barmaqları [yeməkdən sonra] yalamaq sünnətdir, sünnət olduğunu bildiyi halda [bunu etməkdən] boyun qaçıran kəs [Peyğəmbər(s)in sünnətinə] hörmətsizlik etdiyini anlamalı və bununla [da] özünə ziyan gələcəyindən ehtiyat etməlidir. Bilərəkdən sünnətə əməl etməkdən boyun qaçıran kəs küfr etdiyini bilməlidir.

Elmira Qafarovanın tərcüməsində Məvahibu-l-Ləduniyyə əsərindən (daha ətraflı gələn həftə izləyin)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31