Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

Hökmdarların, dünya fatehlərinin, sərkərdələrin  həyatı  insanlar  üçün  həmişə  maraqlı  olub. Ədəbiyyat  xadimlərimiz  də  oxucuların  bu  istəyini  həmişə  nəzərə  alıblar.  Olaylar.az  xəbər  verir ki, görkəmli  yazıçı, onlarla  tarixi  romanın  müəllifi   Yunus Oğuzun  dünya  fatehlərindən  biri  olan  Çingiz  xan  haqqında  romanı  Türkiyə  türkcəsində  çapdan  çıxıb.  Müəllif  tarixin  hər  dönəmində  həm  tarixə,həm  də  ədəbiyyata sirrlərlə  gizlənmiş  bir  şəxs  olan  Çingiz  xanın  yaşam  yolunu  türk  oxuculara  çatdırır. "Çingiz xan" (Cengiz han) romanında  müəllif  hökmdarın  portretini  savaşçı, dövlət  qurucusu, hər  nə  qədər  öldürsə  də yaşatmağı  və  qurmağı  sevən  biri  kimi  çızır.  Roman Türkiyədə Bilge Tonyukuk Yayınları Yayın Evində  çapdan  çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31