20 min ailə şadyanalıq edəcək- ÖZƏL
11:11 Daxili siyasət"Prezidentin Amnistiya aktı təşəbbüsünü dəstəkləyirəm". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib: "Bu təşəbbüs dövlət başçısının humanizmindən, vətəndaşlara münasibətindən irəli gəlir. Amnistiya aktı ilə 20 min adam sevinəcək, 20 min ailə şadyanalıq edəcək".
Xatırladaq ki, Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.