Miqrant qadınların istismarı ilə bağlı faktlar artıb- ÖZƏL

"Ölkədə cinayətkarlığa qarşı effektli mübarizə aparılır. Elə bu səbədən də cinayətlərin sayında azalma müşühidə olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib: "Dünyada müharibə getdiyindən miqrant qadınların istismarı ilə bağlı faktlar artır. Qadınların əməyi istismar olunur, cinsi istismara məruz qalırlar. Müsbət haldır ki, Azərbaycanda belə hallar qeydə alınmayıb. Ona görə ki, Daxili İşlər Nazirliyinin müvafiq qurumları əhali ilə, gənclərlə, xarici gedən vətəndaşlarla lazımi maarifləndirici tədbirlər həyata keçirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31