“Feldyeger rabitəsi haqqında” qanuna dəyişiklik edildi

Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. "Olaylar" xəbər verir ki, Milli Məclis bununla bağlı "Feldyeger rabitəsi haqqında" qanuna dəyişikliyi bugünkü plenar iclasda üçüncü oxunuşda müzakirə edib. Qeyd edilib ki, qanun layihəsində iki dəyişiklik (mahiyyətcə və texniki xarakterli) nəzərdə tutulur.

Yeni məzmunda təklif olunan 3.2-ci maddə ilə müvafiq icra hakimiyyəti orqanı diplomatik korrespondensiyanın daşınması qaydasını müəyyən edən orqan kimi təsbit edilir. İkinci dəyişiklik isə qanunvericilik texnikası baxımından edilən dəyişiklikdir.

Layihə müzakirələrdən sonra son oxunuşda qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31