İrad tutma mediatorlara intizam tənbehi tədbirləri siyahısına əlavə edilir

Mediatorlara münasibətdə tətbiq edilən intizam tənbehi tədbirləri siyahısına irad tutma tənbehinin əlavə edilməsi təklif edilir. "Olaylar"ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mediasiya haqqında" haqqında qanuna təklif edilən dəyişiklikdə əksin tapıb.

Layihəyə əsasən, intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31