Baş nazir bu orqanın əməkdaşlarının maaşı ilə bağlı yeni qərar imzaladı
17 Mart 2025 13:17 Daxili siyasət"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, Maliyyə Nazirliyinə bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edəcək.
Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31