Deputat seçicilərlə növbəti görüş keçirib
26 Fevral 2025 10:31 Daxili siyasətMilli Məclisin deputatı Mahir Süleymanlı seçicilərlə növbəti görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili məlumat verib: "Fevralın 25-də Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin inzibati binasında növbəti vətəndaş qəbulunu keçirdik. Rayon sakinlərinin səsləndirdiyi məsələlərin bəziləri dərhal yerindəcə həll olundu. Aidiyyəti qurumların səlahiyyətləri çərçivəsində olan digər məsələləri isə qeydə alaraq, qısa zaman ərzində həllinə nail olunması üçün çalışacağımızı bildirdik.
Bununla yanaşı, məktəbin şagirdləri ilə səmimi görüş keçirərək onların təhsili, gələcək hədəfləri və planları barədə fikir mübadiləsi apardıq. 11-ci sinif şagirdlərinə buraxılış vərəqələrini təqdim edərək, qarşıdan gələn imtahanlarda uğurlar arzuladıq".
