Vətəndaş qəbulları seçicilərə hüquqlarını izah etmək üçün gözəl fürsətdir- ÖZƏL

Milli Məclisin deputatı Nurlan Hasanov seçiciləri ilə görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Zəyəm-Cırdaxan kəndində vətəndaş qəbulumuzu keçirdik. Bəzi müraciətlərin yerində həllinə nail olduq. Müvafiq olaraq bu həftə ərzində aidiyyəti qurumlara deputat sorğuları ünvanlayacayıq. Vətəndaş qəbulları həm də seçicilərin yanında olmaq və onlara hüquqlarını izah etmək üçün gözəl fürsətdir. 
Cənab Prezident İlham Əliyevin tövsiyyəsinə uyğun olaraq, tez-tez vətəndaş qəbulları keçirməyə, vətəndaş müraciətlərinin yerli və mərkəzi icra hakimiyyəti orqanlarına çatdırılması və həlli üçün fəaliyyətimizə davam edəcəyik!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31