İmişlidə beş məntəqədə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib

81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib.

Olaylar.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

O qeyd edib ki, həmin seçki məntəqələrində Bəcirəvan bələdiyyəsinə seçkilər keçirilib.

MSK-nın qərarına əsasən, həmin məntəqələrdə seçkinin nəticələri etibarsız hesab edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31