Bələdiyyə seçkilərinə maraq böyükdür - MSK sədri

Bələdiyyə seçkilərinə maraq böyükdür.

Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir.

"70 minə yaxın müşahidəçi qeydə alınıb. Onların yarısı siyasi partiyaların müşahidəçiləridir",- deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31