"Seçki bülletenləri bölgələrə bu gün çatdırılacaq"
23 Yanvar 2025 10:27 Daxili siyasətÖlkə ərazisində keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenləri ilk olaraq dünən Naxçıvana çatdırılıb.
Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bülletenlər dünən AZAL vasitəsiylə Naxçıvana çatdırılıb.
"Bu gün isə digər bölgələrə çatdırılması planlaşdırılır",- deyə o qeyd edib.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31