Seçki günü 153 nəfər səsvermə hüququ əldə edəcək - Rövzət Qasımov

Son seçkidən sonra səsvermə hüququ əldə edən gənc seçicilərin sayı 29 172 nəfərdir.

Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov bu gün bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin dairə komissiyalarına paylanmasına başlanılması ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səsvermə günü 18 yaşı tamam olaraq səsvermə hüququ əldə edən 153 seçiciyə xüsusi seçici kartları təqdim olunacaq:

"Bu layihənin əsas məqsədi odur ki, onların öz doğum günlərinə təsadüf edən seçkidə iştirak etməklə prosesə, konstitutision hüquqlarının icrasına diqqətlə yanaşan seçiciyə çevrilmələridir".

Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31