Qarşıdakı bir həftə ərzində məntəqələrdəki vəziyyət yoxlanılmalıdır - Məzahir Pənahov

Qarşıdakı bir həftə ərzində məntəqələrdəki vəziyyət yoxlanılmalıdır.

Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

"Ola bilər ki, səsvermə günü dağlıq ərazilərdə hava qeyri-sabit olsun. Məntəqələrdə səsvermə üçün normal şərait olmalıdır, əsasən də temperatur baxımından",- deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31