Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR
10 Yanvar 16:20 Daxili siyasətDövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları təsdiqlənib.
Olaylar xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31