Deputat uşaq komissiyalarının birləşdirilməsini təklif edib- ÖZƏL

Nazirlər Kabineti yanında fəaliyyət göstərən uşaq məsələləri üzrə komissiya ləğv edilməlidir. "Olaylar" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Zahid Oruc çıxış edib: "Bu Komissiya  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verilməlidir. Bəzən yerlərdə fəaliyyət göstərən komissiyalara təlimatlar gəlir. Lakin aydın olmur ki, haradan, hansı qurumdan gəlib. Biz hamımız uşaqların hüquqlarının  qorunmasında maraqlıyıq. Bununla bağlı milli qanunvericiliyimiz mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31