Deputat seçicilərin bir qisminin problemini yerindəcə həll edib- ÖZƏL

Milli Məclisin deputatı Mahir Süleymanlı dekabrın 6-da Xaçmaz rayonunun Çarxı kəndində növbəti vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Görüş zamanı kənd sakinlərinin su, qaz təchizatı, eləcə də məşğulluq və işsizliklə bağlı problemlərini dinlənilədik. Səsləndirilən məsələlərin bir qismini yerindəcə həll etdik, digərlərini isə qeydə alaraq səlahiyyətlərimiz çərçivəsində həllinə çalışacağımızı bildirdik. 
Bundan əlavə, şəhid Mahir Məmmədovun ailəsini ziyarət etdik. Şəhidin anası Timziyə Məmmədova ilə görüş zamanı onun qayğı və ehtiyacları ilə maraqlandıq.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusi vurğuladıq. Şəhidin anası göstərilən bu yüksək diqqətə görə dərin minnətdarlığını ifadə etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31