Ölkəyə humanitar yardım kimi gətirilən mallar Nazirlər Kabinetinin razılığı ilə vergidən azad olunacaq
2 Dekabr 2024 15:56 Daxili siyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Qanununun icrasına dair fərman imzalayıb.
Olaylar xəbər verir ki, sənədə 164.1.20-ci bənd əlavə edilib.
Həmin bəndə əsasən, Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar əlavə dəyər vergisindən azad edilir.
Sənədə görə, sözügedən qərarı vermək səlahiyyəti Nazirlər Kabinetindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31