Deputat universitet müəllimlərinin maaşlarına yenidən baxılmasını təklif edib
26 Noyabr 2024 12:30 Daxili siyasətMilli Məclisin deputatı Ceyhun Məmmədov elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib."Olaylar"ın məlumatına görə, deputat Ceyhun Məmmədov parlamentin noyabrın 26-da keçirilən plenar iclasında gələn ilin büdcəzərfinin müzakirəsində çıxışı zamanıbildirib ki, sonuncu dəfə bu məsələyə bir neçə il əvvəl baxılıb. Deputat deyib ki, hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır: "Elm və Təhsil Nazirliyin verdiyi məlumata əsasən, bu məsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq. Əgər belə plan varsa sürətləndirilməsini, yoxsa vəsaitin az da olsa artırılmasını təklif edirəm".
C.Məmmədov eyni zamanda universitetlərdə müəllimlərin maaşlarına baxılması, ali təhsil müəssisələrinin tədqiqat yönlü fəaliyyəti, maddi-texnik bazalarının gücləndirilməsi üçün ayrılan vəsaitin artırılmasını, ümumilikdəuniversitetlərin maliyyələşmə sisteminəyenidən baxılmasını zəruri hesab edib: "Əksər ərazilərdə məktəblərdə ciddi şagird sıxlığı müşahidə olunur. Rəsmi açıqlamalara əsasən xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələkəndlərin sürətli boşalmasına aparıb çıxaracaq".