Xankəndi, Şuşa, Laçın, Bakı və Gəncədə yürüşlər təşkil olunacaq
7 Noyabr 15:57 Daxili siyasət8 Noyabr - Zəfər Günü münasibətilə Bakı, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi qulluqçular noyabrın 8-də saat 10:00-dan 12:00-dək yürüş edəcəklər.
Yürüşlər aşağıdakı marşrutlar üzrə olacaq:
Bakı şəhəri üzrə:
* Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" ticarət mərkəzi;
* Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
* Yasamal parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
* "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
* Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;
Gəncə şəhəri üzrə:
* Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı) - Heydər Əliyev küçəsi - Sabir küçəsi - Atatürk küçəsi;
Xankəndi, Şuşa, Laçın şəhərlərinin mərkəzi küçə və prospektləri.