Deputat şəhid ailəsini ziyarət edib- ÖZƏL
4 Noyabr 2024 10:14 Daxili siyasətMillət vəkili Mahir Süleymanov Şabran rayonu Uzunboyad kəndində şəhidlərimiz Abbasov Ağababa Səfər oğlu, Abbasov Samir Adəm oğlu və Hümmətov İzzət Müşviq oğlunun ailələrini ziyarət edib. Olaylar xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanaraq onları narahat edən məsələləri nəzarətə götürdük.
Görüşdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və Aparat əməkdaşları iştirak etmişlər.
İgid şəhidlərimiz Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərinə qarşı törətdiyi geniş miqyaslı təxribatlara cavab olaraq başlanmış Vətən müharibəsində şücaətlər nümayiş etdirərək qəhrəmancasına şəhid olublar. Allah şəhidlərimizə rəhmət eləsin!"
