“Rayonlarda tibbi kadrların olmaması yox, çatışmaması problemi var”-Komitə sədri
1 Noyabr 12:17 Daxili siyasət"Deputat həmkarlarımın Azərbaycanda tibb sahəsindəki kadr çatışmazlığı ilə bağlı dediklərində həqiqət var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bugünkü plenar iclasında həmkarlarının narazılıqlarına cavabında deyib. Komitə sədrinin sözlərinə görə, dəfələrlə bu sahədə kadr çatışmazlığı, həkimlərin ixtisaslaşmasındakı problemlər, onkoloji xəstəliklərin icbari tibbi sıığorta zərfinə daxil edilməməsi kimi məsələləri səsləndirilib.
Əhliman Əmiraslanov qeyd edib ki, rayonlarda tibbi kadrların olmaması yox, çatışmaması problemi var: "Dörd il əvvəl səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan məbləğ 870 milyon idisə, hazırda bu rəqəm icbari tibbi sığorta ilə birlikdə 3 milyardı keçib. İcbari tibbi sığorta nə qədər faydalı olsa da, burada da problemlər var".