Bələdiyyələrin xərclərinə nəzarət yeni qaydada həyata keçiriləcək

Bələdiyyələrin xərclərinə nəzarət yeni qaydada həyata keçiriləcək. "Olaylar"ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, bələdiyyə fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq. Bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcək və müvafiq ödənişlər ödəniş xidməti vasitəsilə təmin ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31