Bələdiyyələrə xidmət haqları nağdsız qaydada köçürüləcək
29 Oktyabr 13:12 Daxili siyasətBələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək. "Olaylar"ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Qeyd edək ki, hazırda bələdiyyə vergiləri nağdsız qaydada köçürülür.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31