Hərbi-həkim komissiyasına göndərilən hərbi qulluqçuların siyahısında dəyişiklik edilir
29 Oktyabr 13:08 Daxili siyasətEhtiyata və ya istefaya buraxılmadan öncə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilən hərbi qulluqçuların siyahısında dəyişiklik edilir. "Olaylar" xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə bilərlər.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31