Rusiyaya göndərilən məhsullara bəzi hallarda müsbət rəy verilmir

"Azərbaycandan Rusiyaya göndərilən məhsullara bəzi hallarda müsbət rəy verilmir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri qeyd edib ki, bəzi hallarda iki ölkənin aidiyyəti qurumları arasında bu məsələdə fikir ayrılığı yaranır: "Məhsulu burada yoxlayıb göndəriblər, amma Rusiyada aidiyyəti orqan da bu məhsulu yenidən yoxlayıb, ancaq rəy verməyib. Əgər iki ölkənin qurumu arasında bu cür fikir ayrılığı yaranırsa, məsələ necə həll ediləcək? Çünki belə hadisələrdə ən çox əziyyət çəkən sahibkarlar olur. Hətta bəzi hallarda bu kimi məqamlar iki ölkə arasında münasibətlərə də təsir edə bilir. Ona görə layihədə bununla əlaqədar məsələ olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31