"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır

Nazirlər Kabineti Prezident İlham Əliyevin "Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında" 17 oktyabr 2024-cü il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.

Olaylar xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, "Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31