Milli Məclisdə tibb məntəqələri ilə bağlı dinləmə keçiriləcək

Demək olar ki, bütün rayonlarda, bütün bölgələrdə tibb məntəqələrində problemlər var. Tibb məntəqələrinin maddi bazası və ixtisaslı kadr çatışmazlığı var. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bölgələrdə olan tibb məntəqələrindəki vəziyyətlə bağlı dekabrda Milli Məclisdə dinləmə keçiriləcək: "Bu dinləmədə Səhiyyə Nazirliyi və TƏBİB-in aidiyyəti şəxslərinin iştirakı nəzərdə tutulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31