Zibillərin daşınması səlahiyyəti bələdiyyələrə verilsin-Təklif

"Zibillərin daşınması bələdiyyələrin səlahiyyələrinə aid deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Komitə sədri bildirib ki, əslində, bu iş bələdiyyələrə həvalə edilməlidir: "Amma bu gün həmin işləri hansısa şirkətlər tərəfindən icra olunur. Bir çox hallarda şahidi oluram ki, vətəndaşlar zibillərin daşınması üçün pul verdiklərini bildirir, lakin atılmayanda, bələdiyyələri günahkar çıxarırlar. Buradan bir daha təkrar edirəm ki, bu işə bələdiyyə baxmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31