Deputat qanunlarda "ər-arvad" sözlərini "həyat yoldaşı" ilə əvəz edilməsini təklif edib
8 Oktyabr 14:11 Daxili siyasətAzərbaycan qanunvericiliyində "ər-arvad" sözlərinin "həyat yoldaşı" ifadəsi ilə əvəz edilməsi təklif olunur. "Olaylar"ın məlumatına görə, bu təkliflə parlamentin iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
Deputat qeyd edib ki, cəmiyyətdə "ər-arvad" sözündən az istifadə edilir: "Anna Akopyan Şuşada uzanıb gülə-gülə bizə acıq verəndə "Paşinyanın arvadı" ifadəsini işlətdim. Buna görə məni tənqid etdilər. Halbuki Azərbaycan Prezidentinin maliyyət təminatı ilə bağlı qanun var, orada da Prezidentin əri, arvadı ifadəsi istifadə olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31