BŞİH-də növbəti müşavirə keçirilib: Mövcud nöqsanlar tənqid edildi

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Olaylar-a verilən məlumata görə müşavirədə bir sıra məsələlər, o cümlədən noyabr ayında paytaxtda keçiriləcək mötəbər beynəlxalq tədbir ərəfəsində şəhərdə aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən son müddət ərzində şəhərdə geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib. Binaların, obyektlərin fasadları, eyvanları, dam örtükləri təmir edilir, rənglənir, istinad divarları, hasarlar qaydaya salınır, hər tərəfdə abadlıq işləri görülür, geniş miqyaslı yaşıllaşdırma işləri aparılır. Xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu işlər ölkənin iqtisadi imkanları hesabına həyata keçirilir, bu da öz növbəsində ölkənin iqtisadi qüdrətinin göstəricisidir.

Müşavirədə paytaxtın rayonlarında görülən işlərin monitorinqi ilə bağlı hazırlanan video-rolik nümayiş etdirildi, işlər müzakirə edilərək mövcud nöqsanlar tənqid edildi.

Vurğulanıb ki, mühüm beynəlxalq tədbirə çox az vaxt qalıb və qalan qısa müddət ərzində təmir-quruculuqla bağlı nəzərdə tutulan bütün işlər yekunlaşdırılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31