İnternet üzərindən gələn təhdidlərin qarşısı qanunla alınmalıdır-Deputat

"İnternet üzərindən gələn təhdidlərlə bağlı qanunvericiliyə mütləq dəyişiklik edilməlidir". Olaylar xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa VII çağırış parlamentin payız sessiyasının sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hibrid təhlükələr bu gün Azərbaycan üçün ciddi narahatlığa çevrilib: "Artıq xaricdə yaşayanlar silahla deyil, sosial şəbəkə üzərindən ciddi təhlükə yaradırlar. Bu istiqamətdə qanunvericilik bazasını daha da təkmilləşdirmək barədə düşünməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31