Müdafiə təyinatlı məmulatların idxalırüsumlardan azad edilir
28 İyun 2024 12:16 Daxili siyasətMüdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir. Olaylar xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinədaxil edilən Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyəəsasən, müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə vəqurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların vəxammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiətəyinatlı məmulatların satışı, təmiri vəonlara texniki xidmət göstərilməsi vergidən azad ediləcək.
Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, müdafiə təyinatlıməmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialın vəxammalın idxalı gömrük rüsumundan azad ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.