Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi
5 İyun 2024 10:00 Daxili siyasətƏdliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.
Olaylar xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.
O, ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31