Cəbrayıl rayonuna prokuror təyin olub.
Olaylar xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.