159 insan alveri faktı üzrə 16 cinayət işi başlanıb
21 May 2024 12:30 Daxili siyasət"Baş İdarə tərəfindən 47 şəxsin əmək müqaviləsi olmadan işlədiyi üçün 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat cərimə tətbiqi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 512 şəxslə bağlı ümumilikdə 2.374.400 manat məbləğində sanksiya tədbiri, 8 miqrasiya kanalının aşkarlanaraq, 154 şəxsin saxlanılması, küçə həyatı, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilən 342 azyaşlının müəyyən edilməsi, 159 insan alveri faktı üzrə 16 cinayət işinin başlanması, 12 nəfərin İnterpol kanalı ilə beynəlxalq axtarışı aparılan genişmiqyaslı işləri göstərir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
Bildirib ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində 293 erkən evliliyin qarşısının alınmasına hamımız üçün mühüm siqnaldır: "Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşaq olub. Təsəvvür edin, özü uşaqkən ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf müqabilləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdirlər".