“Azərbaycanda polislərin savadı aşağı səviyyəsindədir”-Deputat

"Azərbaycanda polislərin savadı aşağı səviyyəsindədir". "Bizdə polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır". Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib. Deputat təklif edib ki, mövcud problem aradan qaldırmaq məqsədilə polis kollecləri yaradılmalıdır: "Hərbidə olduğu kimi, polis kollecləri də yaradılmalı, qəbul testlə olmalıdır. Polis orqanlarında xidmət etmək istəyənlər imtahan verməli, yüksık balla işə qəbul olunmalıdırlar. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcək. Polislərin əmək haqqı çox aşağıdır. Buna baxmayaraq onlar hüquq mühafizənin təmin olunmasında müsbət rol oynayırlar". 

Deputat əlavə edib ki, insan alveri korrupsiyadan doğur. Ancaq korrupsiyaya qarşı mübarizə haqqında hesabat Milli Məclisə verilmir: "Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və ya Hesablama Palatasının auditorları istefa verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31