Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi
18 May 2024 11:39 Daxili siyasətHərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.
OlaylarUnikal.az-a istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin yeni komandanı general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.
Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.
Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31