Şurnux kəndində 12 evin olduğu ərazi Azərbaycana qaytarıldı
4 Yanvar 2021 16:45 Daxili siyasətErməni tərəfi ölkənin cənub-şərqindəki Sünik rayonunun Şurnux kəndində 12 evin olduğu ərazini Azərbaycana qaytarıb.
Bu barədə "Sputnik" xəbər yayıb.
Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində ərazi Azərbaycanın nəzarətinə qaytarılıb. Tərk edilmiş evlərin sahibləri qohumlarının yanına köçüb.
Azərbaycanlı hərbçilər kəndin girişində artıq nəzarət məntəqəsi yaradıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31