Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi gücləndirilir - VİDEO

Qarabağda atəşkəs rejiminə nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirən Rusiya sülhməramlılarının müşahidə məntəqələri istehkam blokpostları ilə təchiz ediləcək.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31