BDU-da 28 May - Respublika Günü qeyd edilib

Bakı Dövlət Universitetində 28 May - Respublika gününə həsr olunmuş tədbir keçirilib.Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Rektor Elçin Babayev Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən, dövlət quruculuğu prosesində bir sıra ciddi tədbirlərin həyata keçirilməsindən və 1919-cu ildə Azərbaycan xalqının elm, təhsil və mədəniyyət mərkəzi rolunu oynayan Bakı Dövlət Universitetinin yaranmasından bəhs edib.

Ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə məlumat verən rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət çəkən rektor ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafı, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınması, hərtərəfli inkişaf strategiyası və onun təsirləri barədə də məlumat verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR