Binəqədidə “Gigiyenik qaydalara düzgün əməl edək” adlı silsilə təlimlərə start verildi

Binəqədi rayonunda Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzi və NİCOS şirkətinin təşkilatçılığı ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə edəcək yeni maarfləndiricçi bir layihə - "Gigiyenik qaydalara düzgün əməl edək" adlı layihəyə start verilib. Bununla əlaqədar olaraq layihənin açılış tədbiri və ilk seminar Binəqədi rayonu 276 saylı tam orta məktəbdə keçirilib. Açılış tədbirində YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Nuridə Allahyarova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli, Səhiyyə Nazirliyinin ictimai-səhiyyə mərkəzi layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə, "NURGÜN Group" Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə və digər dəvətlilər iştirak edib. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov layihənin məqsəd və vəzifələrindən danışıb. O elm, təhsil və səhiyyə sisteminin inkişafının daim cənab Prezident İlham Əliyevin diqqətində olduğunu qeyd edib. Sədr Binəqədi rayonunda təhsil və səhiyyə sahəsinə xüsusi diqqət yetirildiyini, rayonun abadlığı istiqamətində kompleks işlərin görüldüyünü bildirib. Ramiz Göyüşov Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun müvafiq sərəncamı ilə reallaşdırılan "Təmiz Binəqədi" layihəsi və bu layihə çərçivəsində icra olunmuş tədbirlər və 3 noyabr tarixindən başlanan və 15 noyabradək davam edəcək, Binəqədi rayonu üzrə məktəbləri əhatə edəcək "Gigiyenik qaydalara düzgün əməl edək" adlı layihədən danışıb. Natiq sağlam həyat tərzinin, gigiyenik qaydalara düzgün əməl etmənin insan sağlamlığı üçün vacib əhəmiyyətini qeyd edərək, təşkilatçılar tərəfindən belə maarifləndirici layihənin yeniyetmələrə sağlam həyat tərzi aşılamaq istiqamətində mühüm rolunu qeyd edib. Sədr layihə çərçivəsində Binəqədi rayonu üzrə 32 məktəbin minə qədər şagirdini əhatə edəcək 7 təlimin keçiriləcəyini, təlimlərin Binəqədi rayonu üzrə təyin edilmiş 2 nəfər ixtisaslaşmış peşəkar təlimçi tərəfindən ayrı-ayrı günlərdə təhsil müəssisələrində reallaşdırılacağını bildirib. Çıxış edən Binəqədi rayon Gigiyeva və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev layihənin sağlam həyat tərzi, gigiyenik qaydalara əməl etmə nöqteyi nəzərdən əvəzsiz olduğunu bildirib. O layihənin cəmiyyətin həssas hissəsi olan məktəblilərin gigiyena qaydaları haqqında düzgün məlumat almasına imkan yaradacağına, məktəbliləri şəxsi gigiyenanın pozulması nəticəsində yarana biləcək müxtəlif infeksion xəstəliklər haqda məlumatlandıracağına və bu xəstəliklərdən qorunma yollarını öyrədəcəyinə əmin olduğunu ifadə edib. O Binəqədi rayonun da həyata keçirilən preventib tədbirlər haqda danışıb, layihə iştirakçılarına düzgün gigiyena qaydaları haqda məlumat verib. Səhiyyə Nazirliyinin ictimai-səhiyyə mərkəzi layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə çıxış edərək Binəqədi rayonunun bu istiqamətdə daim maarifləndirici tədbirlər icra etdiyini, Binəqədi rayonunun Bakıda bu cür mühüm əhəmiyyət daşıyan tədbirlər keçirən yeganə rayon olduğunu vurğulayıb. O layihənin təşkilatçılarına öz minnətdarlığını bildirərək yeniyetmələrin sağlam təməllər üzərində böyüməsinin cəmiyyətin gələcək inkişafı üçün vacib olduğunu qeyd edib. Tədbirdə çıxış edən "NURGÜN Group" Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə gənclərin sağlam böyüməsi üçün sağlam mühitin və şəxsi gigiyenaya əməl etmənin vacibliyindən danışıb. O layihənin təşkilatçılarının mühüm dövlət orqanları və ictimai təşkilatlar olması, layihənin hədəf qrupunun böyüməkdə olan gənc nəsil- yeniyetmələrdən ibarət olması və layihənin münsiflər heyətinin peşəkar şəxslərdən təşkilinin son nəticədə "Gigiyenik qaydalara düzgün əməl edək" adlı layihənin uğurlu icrasını şərtləndirəcəyini qeyd edib. Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov çıxışında layihəni icra edən təşkilatçılara təşəkürünü ifadə edib. O cəmiyyətdə gigiyenik qayadalara düzgün əməl etmənin vacibliyini, sağlam insanın sağlam düşüncəyə malik olduğunu vurğulayıb. Natiq Binəqədidə belə layihələrin keçirilməsi və bu tip maarfçləndirici layihələrin köməyi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin Bakını intellekt mərkəzinə çevirəcəyini qeyd edib. Hüseyn Əsgərov "sağlam bədəndə sağlam ruh olan" deyiminin doğru olduğunu və gənclərin belə silsilə təlimlər vasitəsilə sağlam həyat tərzi haqda biliklərə çatacağından əmin olduğunu ifadə edib. Sonra layihənin təlimçisi YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini, HB.Co LTD Klinikasının informatoru Nahidə Mahmudovanın təqdimatında "Gigiyenik qaydalara düzgün əməl edək" layihəsinin çərçivəsində tədbir iştirakçıları olan 200 məktəbliyə interaktiv formada müxtəlif slaydların göstərilməsi ilə düzgün gigiyena qaydaları, təmizliyə riayət etmə və müxtəlif xəstəliklərdən qorunma kimi vacib mövzular barədə geniş informasiya verilib.
Qeyd edək ki, "Gigiyenik qaydalara düzgün əməl edək" adlı layihənin Binəqədi rayonuda  32 məktəbi əhatə etməsi, layihədə məktəblərin VIII, IX və X -cu sinif şagirdlərinin iştirakı, hər seminardan sonra şagirdlərə Nicos şirkətinin müvafiq gigiyenik dəstlərinin hədiyyə edilməsi və layihə çərçivəsində müxtəlif müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31