Moldovalı ombudsman Binəqədi İcra Hakimiyyətində olub
18 İyul 2014 12:33 SosialMoldovalı ombudsman Aureliya Qriqoriyu Binəqədi Rayon İcra Hakimiyyətində olub. İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, qonağı salamlayan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov A.Qriqoriunun simasında cəsarətli, əzmkar, ədalətli bir şəxsi görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Azərbaycanın haqlı mövqeyinə obyektiv və ədalətli yanaşma nümayiş etdirən moldovalı ombudsman Rayon İcra Hakimiyyətinin inzibati binasında işçilər üçün yaradılmış şəraitlə tanış olub, Sakinlərin Müraciəti Xidməti, Operativ idarəetmə otağına baş çəkib, qonağa görülən işlərdə və yaradılan şəraitdə məqsədin vətəndaş məmnunluğunun təmin olunması olduğu bildirilib. İ.Süleymanov Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyətinə görə Moldova ombudsmanı Aureliya Qriqoriuya təşəkkür edib. Daha sonra Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olan qonaqla Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında görüş keçirilib. Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriyu Binəqədi rayonunda olmaqdan və Binəqədi gəncləri ilə görüşməkdən məmnunluq duyğununu qeyd edib. O, Azərbaycanı çox sevdiyini və burada ona göstərilən isti münasibəti yüksək qiymətləndirdiyini bildirib.