Binəqədi İcra Hakimiyyəti "İlin yerli icra hakimiyyəti orqanı" seçilib
17 Yanvar 2014 12:03 SosialNüfuzlu işgüzar jurnal olan "Consulting&Business" tərəfindən 2000-ci ildə təsis edilmiş "İlin Şirkəti" Milli Mükafatının 2013-cü ilin yekunlarına görə təqdimetmə mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyəti xüsusi nominasiya olan "İlin yerli icra hakimiyyəti orqanı" nominasiyası üzrə mükafata layiq görülüb. Mükafatı qəbul edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bütün mükafatçıları təbrik edib. Sonda, xatirə şəkilləri çəkdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31