Korrupsiyaya qarşı mübarizədə inzibati tədbirlərlə maarifləndirmə işləri paralel aparılmalıdır

Vəzifəli şəxslərdən gəlir deklarasiyasının tələb edilməsi bu sahədə mühüm rol oynaya bilər

Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Lakin etiraf edilməlidir ki, həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinə cəmiyyətin bütün üzvlərini zəlb etmək hələ də mümkün olmayıb. Baxmayaraq ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə genişmiqyaslı olmaqla yanaşı, həm də məqsədyönlü xarakter daşıyır. Xüsusən, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətləri və kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə edilməməsi korrupsiya cinayətlərinin aşkarlanması və şəffaflığın təmin olunması baxımından müəyyən çətinliklər yaradır.

"Oğuz"Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirib ki, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətləri və medianın koordinasiyasının təşkili son dərəcədə vacib bir məsələdir. Müasir dünyada istənilən dövlətin və cəmiyyətin ən böyük və aktual problemi korrupsiya və rüşvətxorluq hallarının mövcud olmasıdır. Bu neqativ hallar nəinki cəmiyyəti və dövləti daxildən çürüdür, eyni zamanda insanlar arasında qarşılıqlı etimad və işgüzar mühitin yaradılmasına da ciddi təsir göstərir. O, bldirib ki, cəmiyyətin sosial bəlası olan belə neqativ halların tarixi çox qədim dövrlərə gedib şıxır. Tarixdə Əmur Teymurun övladlarına olan tövsiyələrində rüşvətxorluqla bağlı çox maraqlı məlumatlar var. Əmir Teymur belə bir ifadə işlədir: "Əgər bir dövlətin doğru yolla irəliləməsinə nail olmaq və insanların etimadını doğrultmaq istətirsənsə, o zaman ilk növbədə rüşvət hallarına qarşı mübarizə aparmalısan. Elə etməlisən ki, sənin yerlərdəki məmurların xalqın əlinə göz dikməsin". Müasir dövrdə də korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə maarifləndirmə əsas şərtlərdən biri hesab olunur: " Düşünürəm ki, əhalinin maarifləndirilməsi işi çoxşaxəli aparılmalıdır. Bu işdə medianın potensialımndan maksinun istifadə edilməlidir. Məlum olduğu kimi kütləvi informasiya vasitələri olduqca böyük təsir gücünə malikdır. Odur ki, KİV-də istənilən məsələ ilə bağlı aparılan təbliğat ictimaiyyətin diqqətinə daha tez çatdırıla bilər. Nəzərə almaq lazımdır ki, bzim əsr informasiya və texnologiyalardan istifadə əsridir, informasiya texnologiyaları elə bir inkişaf dövrünə çatıb ki, onun informasiyaların kütləvi şəkildə yayılmasında alternativi yoxdur, həm də rahat bir vasitədir. Belə bir şəraitdə korrupsiya və rüşvətxorluğa qarşı maarifləndirmə işinin təşkilində media önəmli və aparıcı rol oynaya bilər. Bu baxımdan təklif edərdim ki, jurnalistlərin bu sahəyə simullaçdırılması ilə bağlı müəyyən işlər işlər görülsün". Ümumiyyətlə jurnalistika institutu son dərəcədə özünəxəxsus fəlsəfəyə malik bir sahədir, jurnalistika cəmiyyətlə dövlət orqanları arasında informasiya mübadiləsi baxımından bir ötürücü vasitədir. İndi də qəzet, jurnal, saytlar, portallar və hətta bloqlar və sosial şəbəkələrdən istifadə etməklə korrupsiyaya qarşı mübarizədə rəsmi dövlət orqanları səviyyəsində görülən tədbirlərlə yanaşı, əhalinin də bu işə cəlb edilməsi mümkündür. Təəssüf ki, bu sahədə təbliğat işi düzgün qurulmayıb. Ona görə də korrupsiyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha səmərəli və daha geniş formada qurmaq istiqamətində düşünməyə ehtiyac var. Bu təbliğat işi həm ənənəvi KİV-lərdə, həm də televiziya və informasiya portallarında mütəmadi olaraq aparılmalıdır.

Vətandaş Cəmiyyəti ittifaqının icraçı katibi Fərman Salmanlının sözlərinə görə, "Korrupsiya haqqında" qanunda korrupsiyanın anlayışı belə verilib ki, korrupsiya-vəzifəli şəxsin öz səlahiyyətindən istifadə edərək və yaxud tutduğu vəzifənin səlahiyyətindən istifadə edərək maddi nemətlər əldə etməsi, yaxud hər hansı hüququ və vəzifəli şəxsin dövlət məmururnu, vəzifəli şəxsi maddi nemətlərlə ələ almasıdır: "Sevindirici haldır ki, son dövrlər dövlət tərəfindən korrupsiya əleyhinə konkret addımlar atılır. Məncə bu korrupsiyaya qarşı mübarizə təkcə inzibati orqanlar tərəfindən deyil, eyni zamanda cəmiyyətin sıravi üzvləri tərəfindən də aparılmalıdır. Nəzərə almaq lazımdır ki, korrupsiya hüququ və yaxud fiziki şəxsin maddi nemətlər vasitəsilə vəzifəli şəxsi ələ almasıdır. Praktikada da kifayət qədər faktlar məlumdur ki, vətəndaşlar öz işlərinin daha tez və problemsiz həll olunması üçün müəyyən yollara əl atır. Hətta çalışırlar ki, qanunsuz tələblərinin sair yollarla həllinə nail olsunlar. Belə faktlar deməyə əsas verir ki, korrupsiyaya qarşı mübarizədə inzibati tədbirlərlə maarifləndirmə işləri paralel şəkildə aparılmalıdır. Ən azı insanlara korrupsiyanın cəmiyyət üçün nə qədər zərərli hal olduğu çatdırılmalı, belə qanunsuz əməllərdə təkcə dövlət orqanlarının, məmurların deyil, həm də vətəndaşların özlərinində məsuliyyət dərəcəsini olması izah edilməlidir".

Qlobal inteqrasiya və Dialoq Mərkəzinin sədri Yasəmən Qaraqoyunlu hesab edir ki, ilk növbədə vətəndaşlar özləri korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmalıdırlar. Buna nail omaq məqsədilə dövlət başçısının korrupsiyaya qarşı mübarizə ilə bağlı imzaladığı fərman və sərəncamlardan ibarət bukletlər hazırlanmalıdır. Həmin bukletlərdə izah edilməlidir ki, vətəndaşlar korrupsiya və rüşvət halları ilə üzləşdikdə hansı addımları atmalıdır. Beləliklə vətəndaşlar həm qanunları, həm də atacağı addımları bilməlidir ki, korrupsiyaya qarşı mübarizədə ən azı öz hüquqlarını müdafiə edə bilsin: "Praktiki təsəvvürlərə malik vətəndaş təbii ki, korrupsiyaya qarşı mübarizədə fəallıq nümayiş etdirəcək. Bunun üçün respublikanın bütün bölgələrində konfranslar keçirilməli, vətəndaşlara bukletlər paylanmalıdır. Vətəndaş savadlı olanda öz hüquqlarının müdafiəsini təminb edə bilir. Elə məsələlər var ki, sadə insanlar da öz haqqını tələb etməklə onun həllinə nail ola bilərlər".

Müstəqil Mətbuat Mərkəzinin sədri Elçin Xalidbəyli deyir ki, korrupsiya və rüşvətxorluq elə bir sosial bəladır ki, ilk növbədə dövlətin özünü təhdid edir. Bu baxımdan korrupsiyaya qarşı mübarizəni daha çox dövlət özü aparmalıdır: "Düzdür, bu işdə vətəndaşdan da nəsə gözləmək olar, ancaq vətəndaşın bu işə müdaxiləsi çərçivə daxilindədər. Məsələn, vətəndaşa ona həyati əhəmiyyətli bir problemi həll etmək lazımdırsa, qanunu yolla bunun həllinə imkan verilmirsə, məcbur olub nəyin bahasına olursa-olsun onu həll etməyə çalışacaq. Deməli, korrupsiyaya qarşı mübarizənin kökü dövlətin özünə aid olan bir məsələdir. Bunun isə yolu olduqca asandır". Onun qənaətincə, vəzifəli şəxslərdən gəlir deklarasiyasının tələb edilməsi korrupsiyaya qarşı mübarizədə mühüm rol oynaya bilər. Yəni aydın olar ki, aylıq gəliri elə də böyük olmayan məmur dəbdəbəli evləri, bahalı maşınları hansı yollarla alıb. Bunu müəyyən etmək üçün dövlət məmurlarının gəlirlərinin araşdırılması aparılmalıdır ki, əldə etdiyi səltənəti korrupsiya cinayətləri nəticəsində alıb, yoxsa halal zəhmətilə: "Ola bilər ki, belə imkanlı adamlar kommersiya ilə məşğul olmaqla bu qədər sərvəti əldə ediblər. O zaman müəyyən edilməlidir ki, onun kommersiya fəaliyyəti qanunidirmi? Demək istəyirəm ki, korrupsiyaya qarşı mübarizənin yolları dövlətin özündən keçir, kənardan bunun heç bir həlli yoxdur. Bəzən mətbuatı korrupsiyaya qarşı mübarizədə fəal olmamaqda günahlandırırq. Ancaq reallıqdır ki, korrupsiya ilə bağlı informasiyaları müxalifət qəzetləri də, iqtidar qəzetləri də yazır. Lakin bu yazıların heç bir təsiri yoxdur. Belə çıxır ki, mətbuat korrupsiyanı sadəcə bir mövzuya çevirib".

Alim

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsi çərçivəsində çap olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31